Ermənistan beynəlxalq kinofestivalda təxribata əl atıb.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti yerli KİV-ə istinadən xəbər verir ki, Belarusda keçirilən “Avrasiya.DOV-2021” festivalında Armen Xaçatryanın çəkdiyi “Bitməmiş xatirələr” filmi nümayiş etdirilməli idi.
Çəkilişləri Qarabağda aparılan filmdə Ermənistan ordusunda xidmət edən qadınlardan bəhs olunurdu. Azərbaycan tərəfinin rəsmi etirazından sonra film proqramdan çıxarılıb.