Zilli Namazovun 70 illik yubileyidir

14:31 - 9 Sentyabr 2021

Azərbaycanın kino aktyoru, ikinci rejissor, Azərbaycan Respublikasının əməkdar artisti Zilli Namazovun 70 illik yubileyidir.


Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki, Zilli Namazov 1974-cü ildə İncəsənət institutunun kino-aktyor fakultəsində Adil İsgəndərovun kursunu bitirib,1976 ildən “Azərbaycanfilm” də aktyor-rejissor kimi çalışır. “Azərbaycanfilm”in istehsal etdiyi 50-dən çox filmdə irili-xırdalı obrazlar yaradıb.Bundan əlavə "Belarusfilm","Mosfilm","İranfilm" və ABŞ-nın istehsal etdiyi filmlərdə çəkilib.Yaratdığı xarakterik obrazlarla tamaşıçıların qəlbinə yol tapan aktyor dublay olunan filmlərdə fəaliyyət göstərir.Gənc aktyorların formalaşmasında yaxından iştirak edir.Eyni zamanda görkəmli kino rejissoru Vaqif Mustafayevin çəldiyi filmlərində rejissor kimi işləyib.


“Bəyin oğurlanması”, “Yol əhvalatı”, “ Qorxma mən səninləyəm” kimi məşhur filmlərdə iştirak edib.


Hal-hazırda kino fəaliyyəti ilə yanaşı, televiziya sahəsində də çalışır. Ailəlidir, oğlu İlkin Namazov da aktyor kimi çalışır.


2019-cu ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü olan Zilli Namazovu İttifaqın idarə heyəti adından təbrik edirik, ona möhkəm can sağlığı arzulayırıq.