Kann Festivalının qalibləri bəlli oldu

13:32 - 22 Fevral 2021

74-cü Beynəlxalq Kann Festivalının qalibləri bəlli olub.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti rus mətbuatına istinadən xəbər verir ki, festivalın ən nüfuzlu mükafatı olan “Qızıl Palma Budağı”nı fransız rejissor Julia Dukornonun "Titan" filmi qazanıb.

Leos Karaks "Annett" muziklinə görə ən yaxşı rejissor, Rusuke Xamaquti "Mənim maşınımın sükanı arxasına keç" filminə görə ən yaxşı ssenarist seçilib.

Qran-pri mükafatına isə finlandiyalı rejissor Yuxo Kuosmanenin "6 nömrəli kupe" və iranlı rejissor Əsgər Fərhadinin "Qəhraman" filmləri layiq görülüb

Xatırladaq ki, 7 iyulda başlayan Kann Film Festivalının əsas proqramında 24 film nümayiş olunub.