Respublika Kinematoqrafçılar İttifaqı "Qarabağ Azərbaycandır!" ssenari müsabiqəsi elan etdi.

00:00 - 6 Yanvar 2021

 

 Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı

Qarabağ Azərbaycandır! Devizi ilə

                      ssenari müsabiqəsi elan edir.

 

Məqsəd:

Müsabiqənin məqsədi təqdim olunan ssenarilərdə Azərbaycan Ordusunun vətənin ərazi bütövlüyü və süverenliyi uğrunda qəhrəmanlıq mübarizəsini, gənclərimizin hərbi-vətənpərvərlik ruhunun daha da yüksəldilməsi ilə bağlı həyata keçirilən ideoloji-siyasi tədbirlərin səmərəliliyinin artırılması, arxa cəbhədə çalışan, Ordumuzun qarşısında duran vəzifələrin reallaşdırılmasına hərtərəfli dəstək göstərən sadə, fədakar Azərbaycan vətəndaşlarının fəaliyyətini bütün parametrləri, əlvanlığı və obyektivliyi ilə əks etdirməkdir.

 

 

 

Şərtlər:

  • Bütün şəxslər müsabiqəyə ssenari təqdim edə bilər.
  • Müsabiqəyə bədii, sənədli, qıssametrajlı film və animasiya filmləri ssenariləri qəbul olunur.
  •  
  • Müsabiqəyə təqdim olunan ssenarinin hüquqları müəllifə məxsus olmalı, satılmamalı və çəkiliş dövründə olmamalıdır.
  •  
  • Ssenari orijinal, yəni ekranlaşdırılmamış olmalıdır.
  •  
  • Ssenarilər müsabiqəyə üç nüsxədə, çap olunmuş və CD diskdə rəqəmsal daşıyıcıda təqdim olunmalıdır.
  •  
  • Şrift Courier New, ölçü 12 tələb olunur.
  •  
  • Çap olunmuş ssenarilərdə müəllifin ad və soyadı qeyd olunmamalıdır.
  • Müəllif ssenari ilə birgə tərcümeyi-halını da təqdim etməlidir.
  • Hər bir müəllif 1 bir ssenaridən artıq təqdim edə bilməz.
  • Müsabiqəyə təqdim olunan ssenarilər geri qaytarılmır.

 

  • Ssenarilər 1 fevral 2021- ci il tarixindən 30 aprel 2021-ci il tarixinə kimi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ünvanına göndərilməlidir.(Ünvan saytın aşağısında göstərilmişdir.)

 

                                              Qaydalar:

 

Müsabiqənin peşakar münsiflər heyətini Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı təyin edir

Münsiflər heyəti məxfi seçim nəticəsində dörd ssenarini qiymətləndirəcək.

Qalib ssenarilər pul mükafatı və diplomla təltif olunacaq:

(Ekranlaşdırılması nəzərdə tutulub)

 

Ən yaxşı bədii film ssenarisi – 5000 manat

Ən yaxşı sənədli film ssenarisi – 3500 manat

Ən yaxşı qıssamertajlı film ssenarisi – 3000 manat

Ən yaxşı animasiya film ssenarisi – 2000 manat

 

Əlaqə üçün:Tel: (+99412-597-48 04) (+99451-427-41-03)

[email protected]