Cəmil Quliyevə ağır itki üz verib

00:00 - 25 Dekabr 2020

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icra katibi, tanınmış kinorejissor, əməkdar incəsənət xadimi Cəmil Quliyevə ağır itki üz verib.

 

 

İttifaqın mətbuat xidməti xəbər verir ki, Cəmil Quliyevin anası Aziyə Quliyeva bu gün vəfat edib.Bu ağır itki ilə bağlı Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə heyəti və üzvləri Cəmil Quliyevə anası Aziyə xanımın vəfatdından kədərləndiyini bildirir, ona və ailəsinə dərin hüzünlə başsağlığı verir, səbr arzulayır.

Allah rəhmət eləsin!