Türk filmi “Oscar”a namizəddir

00:00 - 13 Noyabr 2020

Türkiyə istehsalı olan "7. koğuştaki mucize" filmi nüfuzlu "Oscar" mükafatına namizəd olub.

 

 

Azərbaycan Respublikas Kinematoqrafçılar İttifaqının Mətbuat xidməti xəbər verir ki, məlumatı Türkiyə Mədəniyyət və Turizm Nazirliyi yayıb. Qeyd olunub ki, Mehmet Ada Öztekinin rejissoru olduğu ekran işi "ən yaxşı beynəlxalq film" nominasiyası üzrə yarışacaq.

 

Xatırladaq ki, aktyor Aras Bulut İynemlinin baş qəhrəmanı olduğu layihə 5 milyon 316 min 933 nəfər insan tərəfindən izlənilib. Ən çox baxılan 8-ci film olaraq tarixə düşüb.