Rejissor Sevil İbrahimovanın 65 yaşı tamam olur

00:00 - 3 Noyabr 2020

Rejissor Sevil İbrahimova 1955-ci ildə Bakı şəhərində anadan olmuşdur.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat xidməti xəbər verir ki, Sevil Ibrahimova 1972-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil olmuş, 1977-ci ildə həmin ali təhsil ocağını bitirmişdir. Əmək fəaliyyətinə 1976-cı ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində rejissor köməkçisi kimi başlamış, sonralar ikinci rejissor və quruluşçu rejissor olmuşdur. Bir sıra sənədli və bədii filmlər hazırlamışdır.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının da üzvü olan Sevil İbrahimovanı 65 illik yubileyi münasibətiylə İttifaqın bütün üzvləri və İdarə heyəti adından təbrik edirik. Ona möhkəm can sağlığı, yaradıcıllıq uğurları arzulayırıq.