Əməkdar mədəniyyət işçisi Akif Rüstəmovun 75 illik yubileyidir

00:00 - 3 Noyabr 2020

Azərbaycanın tanınmış rejissoru, ssenarist, əməkdar mədəniyyət işçisi Akif Rüstəmovun 75 illik yubileyidir.

 

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat xidməti xəbər verir ki, Akif Rüstəmov 27 oktyabr 1945-ci ildə Bakıda anadan olub. M.A.Əliyev adına ADİİ-nun rejissorluq fakültəsini bitirib (1968). "Azərbaycanfilm" kinostudiyasında çəkilən bir çox filmlərin II rejissorudur. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000–ci ildə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür. Azərbaycanın ən məşhur kinolarının ikinci rejissoru kimi fəaliyyət göstərib.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının da üzvü olan Akif Rüstəmovu İttifaqın bütün üzvləri və İdarə heyəti adından 75 illik yubileyi münasibətiylə ürəkdən təbrik edirik. Ona can sağlığı arzulayırıq.