Əməkdar incəsənət xadimi Leyla Səfərovanın 75 illik yubileyidir

00:00 - 3 Noyabr 2020

Azərbaycanın tanınmış rejissoru, ssenari müəllifi, əməkdar incəsənət xadimi Leyla Səfərovanın 75 illik yubileyidir. Leyla Səfərova 1945-ci ildə Gəncə şəhərində anadan olub.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat xidmətixəbər verir ki, Leyla Səfərova 1969-1974-cü illədə Moskvada ÜDKİ-nun kinorejissorliq fakultəsində təhsil alıb.

1985-1987-ci illərdə Azərbaycandövlət teleradio şirkətində,1987-ci ildən "Azərbaycanfilm" kinostudiyasında rejissor işləyir.

29  iyul 2016-cı ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının da üzvü olan Leyla Səfərovanı İttifaqın bütün üzvləri və İdarə heyəti adından 75 illik yubileyi münasibətiylə ürəkdən təbrik edirik, ona möhkəm can sağlığı arzulayırıq.