Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Silahlı Qüvvələrə Yardım Fonduna 5000 manat vəsait köçürüb.

00:00 - 20 Oktyabr 2020

Şanlı Azərbaycan ordusunun işğalçı Ermənistanın arakəsilməz və qanlı təxribatlarına cavab olaraq həyata keçirdiyi əks-hücum əməliyyatları bütün cəbhəboyu uğurla davam edir. Əsgər və zabitlərimizin fədakarlığı, yenilməz döyüş əzmi və qazandığı qələbələri hər bir ölkə vətəndaşında böyük ruh yüksəkliyi yaradır. Böyük qələbəyə inam hissini artırır.

 

Ordumuzun maddi-texniki təchizatı dövlət tərəfindən yüksək səviyyədə təmin olunsa da, əksər vətəndaşlar, o cümlədən müəssisə və təşkilatlar orduya hərtərəfli dəstəyi özlərinə mənəvi borc hesab edir, bu istiqamətdə əllərindən gələni əsirgəmirlər.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat xidməti xəbər verir ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Ermənistanın hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün şanlı Ordumuzun həyata keçirdiyi zəruri əks-həmlə tədbirlərinə dəstək olmaq məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 5000 manat vəsait köçürüb.