Şamil Əliyevin “Çölçü” filmi Fransada nüfuzlu mükafata layiq görülüb

00:00 - 26 Aprel 2020

Şamil Əliyevin “Çölçü” filmi MONT. BLANC İNTERNATİONAL MOVİE FEST 2020 (Fransa, Paris) beynəlxalq festivalında bir neçə kateqoriya üzrə mükafatlara layiq görülüb.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki, müsabiqələrin nəticəsi COVID-19 pandemiyası il əlaqədar olaraq  onlayn formatda elan olunub.

“Çölçü” 4 kateqoriya üzrə qalib elan olunub: Ən Yaxşı Bədii film (rejissor Şamil Əliyev), Rejissor nailiyyətinə görə mükafat (Şamil Əliyev), Ən Yaxşı Operator (Rafiq Quliyev), Ən Yaxşı montaj (Fərid Axundov, Rafiq Quliyev)

2012-ci ilin istehsalı olan Şamil Əliyevin “Çölçü” filminin gündəmdə olmasının səbəbi, rejissorun sözlərinə gürə “Bunun səbəbi filmin qldırdığı sualın aktuallığı ilə bağlıdır. Qloballaşan Dünya ilə milli özgür mədəniyyət arasındakı antroploji katastrofa filmin əsas niyyətini təşkil edir ”

Qeyd edək ki, Antonioni, Tarkovski, Qodar, Berqman kino mükafatlarının nominantı və qalibi olan Şamil Əliyevin “Çölçü” filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında 2012-ci ildə istehsal olunub. Film 5 qitəni əhatə edən 69 beynəlxalq film festivalında iştirak edərək 40-dan artıq müxtəlif mükafatlara layiq görülüb.

Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Prodüser M. Hətəmovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib.