Xalq artisti Rafael Dadaşov dünyasını dəyişib

00:00 - 17 Mart 2020

Xalq artisti Rafael Dadaşov dünyasını dəyişib.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat xidməti xəbər verir ki,  bu barədə yerli mətbuata tanınmış aktyorun qızı, müğənni Səidə Dadaşova bildirib:

“Çox ağırdır. Atam indi dünyasını dəyişdi. Çox danışa bilmirəm. Dünyasını dəyişən zaman hamımızdan halallıq istədi”.

Qeyd edək ki, aktyor dekabrın 2-də axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilmişdi.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə heyəti xalq artisti Rəfael Dadaşovun vəfatından kədərləndiyini bildirir, onun ailəsinə, sevənlərinə, yaxınlarına səbr arzulayır.

Allah rəhmət eləsin!