“Oskar” mükafatının 92-ci təqdimetmə mərasimi keçirilib-FOTOLAR

00:00 - 10 Fevral 2020

Los-Ancelesin “Dolbi” teatrında Amerika Kino Sənəti Akademiyasının “Oskar” mükafatının 92-ci təqdimetmə mərasimi keçirilib.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat xidməti xəbər verir ki,  tədbir nüfuzlu mükafata namizədlərin, eləcə də qonaqların qırmızı xalı gedişindən başlayıb.

Daha sonra qaliblər müəyyənləşib:

Ən yaxşı ikinci plan aktyoru - Bred Pitt ("Bir dəfə... Hollivudda”)

Ən yaxşı cizgi filmi - "Oyuncaqların hekayəsi 4"

Ən yaxşı orijinal ssenari - "Parazitlər" filmi, Bon Cun-xo

Ən yaxşı qısametrajlı animasiya filmi - "Saça olan sevgi"

Ən yaxşı uyğunlaşdırılmış ssenari - "Dovşan Coco", Tayka Vaytiti

Ən yaxşı rejissor - Bon Cun Xo ("Parazitlər")

Ən yaxşı kostyum dizaynı - "Kiçik qadınlar", Jaklin Durran

Ən yaxşı sənədli film - "American Factory"

Ən yaxşı qısametrajlı sənədli film - “Learning to Skateboard in a Warzone”

Ən yaxşı ikinci plan aktrisası - Lora Dern ("Evlilik hekayəsi")

Ən yaxşı səs montajı - "Ford Ferrariyə qarşı", Donald Silvestr

Ən yaxşı səs kombinasiyası - "1917", Mark Teylor və Stüart Uilson

Ən yaxşı film - "Parazitlər", rejissor Bon Cun Xo

Ən yaxşı film montajı - "Ford Ferrariyə qarşı", Maykl MakKuser, Endrü Baklend

Ən yaxşı operator işi - "1917", Rodcer Dikins

Ən yaxşı quruluşçu rəssam işi - "Bir dəfə... Hollivudda", Barbara Linq, Nensi Hey

Ən yaxşı vizual effektlər - "1917", Qiyom Roşrom, Qreq Batler və Dominik Tui

Ən yaxşı qrim və saç düzümü - "Qalmaqal", Kadzu Hiro, Enn Morqan və Vivian Beyker

Ən yaxşı xarici film nominasiyası - "Parazitlər", rejissor Bon Cun Xo

Ən yaxşı qısametrajlı film - “The Neighbors’ Window”, Marşall Karri

Ən yaxşı orijinal mahnı - “I’m Gonna Love Me Again” (mus: Elton Con, söz: Berni Topin), “Roketmen” filmi üçün

Ən yaxşı kişi aktyoru - Hoakin Feniks ("Coker" filmi)

Ən yaxşı film musiqisi - "Coker", Hildur Qudnadouttir

Ən yaxşı aktrisa - Rene Zellveqer, "Cudi" filmi