Əfsanəvi Kirk Duqlas vəfat edib

00:00 - 6 Fevral 2020

Məşhur Hollivud ulduzu, əfsanəvi Kirk Duqlas vəfat edib.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat xidməti xəbər verir ki, bu barədə "People" jurnalı onun oğlu, məşhur aktyor Maykl Duqlasa istinadən məlumat verib.

 

“O, bütün dünya üçün əfsanəvi qızıl əsr kinosunun aktyoru idi”, - deyə Maykl Duqlas deyib.

Qeyd edək ki, aktyor “Detektiv hekayə”, “Spartak” kimi məşhur filmlərdə rol alıb.