Əməkdar mədəniyyət işçisi Azər Quliyevin doğum günüdür

00:00 - 4 Fevral 2020

Bu gün C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktor müavini əməkdar mədəniyyət işçisi Azər Quliyevin doğum günüdür.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat xidməti xəbər verir ki, Azər Quliyev “Azərbaycanfilm”in istehsalı olan “Qəm pəncərəsi”, “Cavad xan”, “Ata”, “Qorxma, mən səninləyəm”, “Buta”, “Yarımçıq xatirələr” və digər məşhur filmlərin direktoru kimi məsul tapşırığın öhdəsindən layiqincə gəlib. Onun Azərbaycan mədəniyyətinə öz tövhələri var.

 

Bu gün 60 illik yubileyi tamam olan Azər Quliyevi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə heyəti adından səmimi qəlbdən təbrik edir, ona can sağlığı və işlərinizdə yeni uğurlar arzulayırıq.