Meksikada “Beynəlxalq Təsvir Müsabiqəsi - 2020” keçiriləcək

00:00 - 21 Yanvar 2020

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat xidməti xəbər verir ki, Meksikanın İdalqo Ştatı Avtonom Universiteti və onun Xeyriyyə Fondunun əlaqələndirdiyi Beynəlxalq Təsvir Festivalı-2020-nin (BTF) “Beynəlxalq Təsvir Müsabiqəsi - 2020” adlanan tədbiri bu il keçiriləcək. Müsabiqə əcnəbi mədəniyyət adamlarına 2020-ci il 26 yanvar tarixinədək açıqdır və qeydiyyat www.fini.mx portalında aparılır.

Adıçəkilən müsabiqədə Azərbaycandan da istər peşəkarlar və ya həvəskarlar iştirak edə bilər. Müsabiqədə iştirak etmək üçün qeyd edilən portaldan şərtlərlə daha geniş tanış ola bilərlər.

 

Qeyd edək ki, müsabiqə su mövzusundan bəhs edir və iştirakçılar tələbə mütəxəssis kateqoriyalarından olmaqla foto, sənədli video, plakat və alternativ texnika janrlarında iştirak edə bilərlər.