Xalq artisti Leyla Bədirbəylinin doğum günüdür

00:00 - 8 Yanvar 2020

Bu gün Azərbaycanın Xalq artisti Leyla Bədirbəylinin doğum günüdür.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat xidməti xəbər verir ki, Azərbaycanın Xalq artisti Leyla Bədirbəyli 8 yanvar 1923-cü ildə Bakı şəhərində anadan olub.

1942-1975-ci illərdə Akademik Milli Dram Teatrında, 1975-1994-cü illərdə isə Azərbaycanfilm kinostudiyasında işləyib. Sənətkar “Arşın mal alan”, “Koroğlu, “Dəli Kür, “Onun böyük ürəyi və s. filmlərdə rol alıb. Azərbaycanın Xalq artisti, respublika və SSR Dövlət mükafatları laureatı idi. Azərbaycanın görkəmli aktrisası, Xalq artisti Leyla Bədirbəyli 23 noyabr 1999-cu ildə vəfat edib.