“Nəsimi” filminin tam bərpa olunmuş formada təqdimatı keçiriləcək

00:00 - 19 Dekabr 2019

Nəsimi ilə çərçivəsində ölkədə tədbirlərin keçirilməsi davam edir.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat xidməti xəbər verir ki, bu gün “Nəsimi” filminin tam bərpa olunmuş formada təqdimatı keçiriləcək.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Çingiz Mustafayev adına Fond, ANS Şirkətlər Qrupu, “Balans” studiyası, Azərbaycan Dövlət Film Fondu, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının təşkilatçılığı ilə Nizami Kino Mərkəzində saa 19:00 da “Nəsimi” filminin tam bərpa olunmuş formada təqdimatı ilə bağlı tədbir baş tutacaq. Tədbirdə hər kəs iştirak edə bilər.