Kamil Nəcəfzadənin 90 illiyi keçiriləcək

00:00 - 17 Dekabr 2019

2019-cu il dekabrın 29-da Xalq rəssamı, SSRİ və Azərbaycanın Dövlət mükafatları laureatı Kamil Nəcəfzadənin 90 illik yubileyi qeyd olunacaq.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat xidməti xəbər verir ki, Kamil Nəcəfzadə milli kinomuzda 40-dan çox filmdə o cümlədən, Azərbaycan kinosunun qızıl fonduna daxil olan “Sən niyə susursan?”, “Ad günü”, “Mən ki gözəl deyildim”, “Bir cənub şəhərində”, “Bir məhəlləli iki oğlan”, “Atları yəhərləyin”  və s. filmlərdə quruluşçu rəssam kimi işləmiş, istedad və bacarığı sayəsində Azərbaycan kino sənətinin inkişafına təkan vermişdi.

Tədbir 19 dekabr saat 19:00-da Nizami Kino Mərkəzində keçiriləcək.