Bərpa onunmuş "Ulduz" filminin nümayişi keçiriləcək

00:00 - 3 Dekabr 2019

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat xidməti xəbər verir ki, “Ulduz” filmi 1964-cü ildə bəstəkar Süleyman Ələsgərovun eyniadlı pyesi əsasında rejissor Ağarıza Quliyev tərəfindən ekranlaşdırılıb. Böyük şöhrət qazanmış bu filmdə məşhur aktyorlar- Bahadur Əliyev, Bəşir Səfəroğlu, Hacıbaba Bağırov, Hacı Murad Yegizarov, Lütfəli Abdullayev, Məleykə Ağazadə, Nəsibə Zeynalova, Səyavuş Aslan, Suğra Bağırzadə, Tamilla Rüstəmova və epizodlarda Əliheydər Həsənzadə, Fazil Salayev, Məmmədsadıq Nuriyev, Nəcibə Behbudova və digər sənətkarlar yer alıb. Filmin əsas çəkilişləri Astara rayonunda aparılıb. Rəqslərin quruluşu isə Əminə Dilbaziyə məxsusdur.

 

“Ulduz” kinokomediyasına ilk dəfə Nizami adına kinoteatrda baxış keçirilmişdir və 55 il keçəndən sonra nümayiş üçün yararsız olan Azərbaycan xalqının mədəni sərvəti olan bu film Allaha şükür ki, Dövlər Film Fondu tərəfindən qorunub, saxlanılıb və 2019-cu ildə “Səba” Açıq Səhmdar Cəmiyyəti və ANS Şirkətlər Qrupunun sifarişi ilə "Balans" milli rəqamsal bərpa studiyası tərəfindən təsviri tam bərpa olunmuş, səsi isə yenidən işlənmişdir.