00:00 - 6 Noyabr 2018

Azərbaycan RespublikaKinematoqrafçılar İttifaqının təsis etdiyi “Rasim Ocaqov” təqaüdünün veriləcəyi növbəti tələbənin adı bəlli olub.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Xalq artisti, SSRİ və Azərbaycanın Dövlət Mükafatları Larueatı, kinorejissor  Rasim Ocaqovun adına təsis etdiyi “Rasim Ocaqov” təqaüdü yeni tədris ili üçün kinorejissor ixtisası üzrə təhsil alan tələbəyə verib.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki, görkəmli kinorejissorun adına olan təqaüdə Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin qərarı ilə ən yaxşı oxuyan, istedadı ilə fərqlənən xalq artisti Vaqif Mustafayevin tələbəsi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 4-cü kurs tələbəsi Allahverdiyev Rəhman Fürqət oğlu layiq görülüb.