00:00 - 14 Sentyabr 2018

Lido adasında kino baxışı başa çatdı və dünən Gilyermo del Toronun başçılıq etdiyi jüri mükafatları payladı.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki, “Qızıl şir” mükafatı “üç amiqodan”, son beş “Oskar”dan dördünü alan üç meksikalı rejissordan biri (del Toro, Kuaron və Alexandro Qonsales İnyarritu) Alfons Kuaronaya verilib. Xatırladaq ki, Kuaronun “Roma” filminə hüquqlar bu il Kanna buraxılmayan striminq nəhəngi Netflix-ə məxsusdur. Netflix ciddi kino aləminə yavaşca daxil olmaq istədi, o sadə kampaniya – eyni anda 190 ölkədə premyera və məhdud prokata çıxmağı planlaşdırırdı. Bu filmə “Oskar” mükafatı üçün namizədliyini irəli sürməyə imkan verəcək, lakin görünür ki, indi planlar dəyişdirilməli olacaq.

 

Yorqos Lantimosun “Favorit qadın” filmi eyni anda iki mükafata layiq görülüb – jürinin Qran-Prisi və Oliviya Kolman (məhz o “Tac” filmində Kler Foyu əvəz edib) üçün ən yaxşı qadın roluna görə Volpi Kuboku. Kişi roluna görə kubok Van Qoq rolunu oynayan Uillem Defoya verildi. Venesiya kuluarlarında onun “Oskar” alacağı güman edilir.

Alternativ “Üfüqlər” proqramında mükafatlardan biri ən yaxşı aktrisa Natalya Kudryaşovaya verildi. O Nataliya Merkulova və Aleksey Çupovun “Hər kəsi heyrətləndirən insan” filmi ilə debüt edib. Filmdə xərçənglə mübarizə aparan sibir yegerindən bəhs edilir. Baş rolda Yevgeniy Tsıqanov oynayır.

 

Aşağıda 75-ci Venesiya Kinofestivalının əsas laureatları təqdim olunub:

 

“Qızıl şir” – “Roma”, Alfonso Kuaron

Jürinin Qran-Prisi – “Favorit qadın”, Yorqos Lantimos

Rejissor işinə görə “Gümüş şir” – “Sisters qardaşları”, Jak Odiar

Ən yaxşı kişi roluna görə Volpi Kuboku  - Uillem Defo, “Van Qoq. Əbədiyyət astanasında”

Ən yaxşı qadın roluna görə Volpi Kuboku   - Oliviya Kolman, “Favorit qadın”

Ən yaxşı ssenari – İtan və Joel Koen qardaşları, “Baster Skraqs haqqında ballada”

Jürinin xüsusi mükafatı – “Bülbül”, Cenifer Kent

Ən yaxşı gənc aktyor və ya aktrisaya Marçello Mastroyanni mükafatı – Baykali Qanambarr, “Bülbül”