Xalq artisti Vaqif Mustafayevin 65 illik yubileyidir

00:00 - 28 Avqust 2018

  Bu gün Xalq artisti Vaqif Mustafayevin 65 illik yubileyidir.

 

Vaqif Behbud oğlu Mustafayev 1953-cü il avqustun 28-də Bakı şəhərində anadan olub. İlk təhsilini 3 saylı məktəbdə alıb. Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu, daha sonra Moskvada Ali Rejissorluq və Ssenaristlik kursunun rejissor bölməsini bitirib. Vaqif Mustafayevin çəkdiyi filmlər bir sıra beynəlxalq festivallarda mükafatlar alıb. Dövlət Mükafatı laureatıdır. “Space” Televiziya kanalının  rəhbəridir.

Vaqif Mustafayev 2013-cü ildə Azərbaycanda silsilə sənədli filmlərin yaradılmasında xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" na layiq görülüb. Xalq artisti, Dövlət mükafatı laueratıdır. 1 avqust 2018-ci ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə,"Şərəf" ordeni ilə təltif olunub. 

   “Hər şey yaxşılığa doğru”, “Yaramaz”, “Yerlə göy arasında”, “Yapon və yaponiyalı”, “Fransız”, “Heydər Əliyev” (1999-2013), “Milli bomba”, “Yoxlama” və.s. filmlərin müəllifidir.

 

   Eyni zamanda Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibi olan Vaqif Mustafayevi  İttifaqın İdarə heyəti adından 65 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona can sağlığı, işlərində və şəxsi həyatında uğurlar arzulayırıq.