00:00 - 2 Avqust 2018

Prezident İlham Əliyev Azərbaycan kino xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında sərəncam imzalayıb.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki, Azərbaycan kino sənəti sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilir:

Əbluç Ənvər Abasqulu oğlu

Qəmbərov Rəfail Əliyeviç

Məmmədov Böyükağa Zeynal oğlu.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə Heyəti bütün fəxri ad alan və təltif edilən kino xadimlərini ürəkdən təbrik edir, onlara can sağlığı, yaradıcılıq uğurları arzulayır.