00:00 - 1 Avqust 2018

Xalq Artisti Xəyyam Mirzəzadə vəfat edib.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki, ötən gün Azərbaycan SSR xalq artisti,   Əməkdar incəsənət xadimi, Azərbaycan SSR Dövlət Mükafatı laureatı, professor, "Şöhrət"  və "Şərəf" ordenli, görkəmli bəstəkar Xəyyam Hadı oğlu Mirzəzadə vəfat edib.  X. Mirzəzadə 30-dan artıq kinofilmə və 15 dram tamaşasına, estrada və caz pyeslərinə, populyar mahnılara musiqi bəstələyib. O,  “Arxadan vurulan zərbə”,  “Yeddi oğul istərəm”, “Bakıda küləklər əsir”, “Ev”, "Fransız", “Güllələnmə təxirə salınır!, “Mənim ağ şəhərim”, Zirzəmi” və digər filmlərə də musiqi yazıb. Onun vəfatı bütün Azərbaycan xalqını kədərləndirdi.

 

 

Azərbaycan Respublikası Kinematoqrafçılar ittifaqının İdarə heyəti Azərbaycan kinosunda böyük xidmətləri olmuş, görkəmli bəstəkar Xəyyam Mirzəzadənin vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə, yaxınlarına, sevənlərinə və bütün mədəniyyət ictimaətinə dərin hüznlə başsağlığı verir.

 

Allah rəhmət eləsin !!!