22 iyul Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd edilir.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki əsası 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən qoyulan bu ənənə bu gün də davam etməkdədir. Ölkəmizdə ayrıca Milli Mətbuat Gününün olması bir daha Azərbaycanda mətbuatın, jurnalstlərin azad şəraitdə fəaliyyət göstərməsinin, onlara dövlətin diqqətinin, qayğısının olmasının bariz nümünəsdir.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə heyəti cəmiyyətimizdə xüsusi reri olan jurnasistləri və bütün KİV nümayəndələrini 22 İyul Milli Mətbuat Günü münasibətiylə ürəkdən təbrik edir, onlara can sağlığı, yaradıcıllıq uğurları arzulayır.