Xalq artisti Ramiz ?zizb?ylinin 70 illik yubileyidir

00:00 - 20 İyul 2018

Xalq artisti Ramiz Əzizbəylinin 70 illik yubileyidir

 

Bu gün Xalq artisti Ramiz Əzizbəylinin 70 illik yubileyidir.  Ramiz Əzizbəyli 20 iyul 1948-ci ildə Bakı şəhərində anadan olub. 1977-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Mədəni-maarif” fakültəsini bitirib. 1962-ci ildən “Azərbaycanfilm” kinostudiyasında aktyor kimi fəaliyyətə başlayıb.

1987-ci ildə "Debüt" studiyasında çəkdiyi "Pirverdinin xoruzu" qısametrajlı bədii filmi ilə rejissorluq fəaliyyətinə başlayıb. Film bir neçə Beynəlxalq kinofestivalda müvəffəqiyyətlə iştirak edib, Kiyev şəhərində keçirilən Ümumittifaq festivalda isə rejissor debütünə görə mükafata layiq görülüb. Ramiz Əzizbəyli 1991-ci ildə "Bəxt üzüyü" tammetrajlı bədii filmini çəkib. Film kinoteatrlarda nümayiş olunan ən baxımlı kassa filmi və ən gəlirli film kimi yadda qalıb.

Ramiz Əzizbəyli 2006-cı ildə Qarabağ müharibəsinə həsr olunmuş “Yalan” bədii filmini lentə alıb.

Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın Əməkdar artisti, 1 avqust 2008-ci ildə isə Azərbaycanın Xalq artisti fəxri adlarına layiq görülüb. Prezindent təqaüdçüsüdür.

 

Eyni zamanda Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü olan Ramiz Əzizbəylini  İttifaqın İdarə heyəti adından 70  illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona can sağlığı, işlərində və şəxsi həyatında uğurlar arzulayırıq.