00:00 - 5 İyul 2018

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının elan etdiyi Azərbaycan kinosuna həsr olunmuş “Dünən, bu gün, sabah” adlı məqalə müsabiqəsininin yekunları açıqlanıb.

 

Azərbaycan Respublikası Kinematoraqfçılar İttifaqının mətbuat xidməti xəbər verir ki, milli kinonun 120 illiyinə həsr olunmuş “Azərbaycan kinosu: dünən, bu gün sabah” adlı məqalə müsabiqənin nəticələri açıqlanıb.

Münsif heyətinin qərarı ilə “Azərbaycan kinosu milli kino və milli kino məktəbi anlayışları kontekstində” məqaləsi (müəllif  Əliyeva Şəhanə Urfan qızı) 3-cü yerə layiq görüldü.

 

Müsabiqədə elan olunan birinci və ikinci yerlər münsif heyətinin qərarına əsasən mükafatlandırılmayıb.