Prezident İlham Əliyev kinorejissor, ssenarist, xalq artisti Oqtay Mirqasımovla bağlı sərəncam verib.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki, Prezidentin sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə xalq artisti, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibi Oqtay Mirəsədulla oğlu Mirqasımov “Şərəf” ordeni ilə təltif edilib.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə heyəti ittifaqın katibi Oqtay Mirqasımı Preziden İlham Əliyev tərəfindən “Şərəf” ordeninə layiq görülməsi münasibətiylə ürəkdən təbrik edir, ona can sağlığı, yaradıcıllıq uğurları arzulayır.
Qeyd edək ki, iyunun 12-də kinorejissor 75 yaşını qeyd edəcək.