00:00 - 19 Mart 2017

Bu gün ölkəmizdə xalqımızın ən əziz bayramı olan Novruz Bayramı qeyd edilir.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti bildirir ki, əsrlərdir xalqımızın ən əziz, ən doğma, milli bayramı kimi qeyd etdiyi Novruz Bayramında bütün küsülülər barışır, əzizlər, doğmalar, qohumlar ziyarət edilir, onlara bayram hədiyyələri aparılır. Novruz Bayramında eyni zamanda torpaq isinir, təbiət yenidən canlanır. Bu baxımdan Novruz Bayramı Bahar Bayramı da adlanır.Novruz Bayramını bütün azərbaycanlılar, ölkəmizin bütün sahələrində çalışan, fəaliyyət göstərən insanları qeyd edir. Bu münasibətlə Respublika Kinematoqrafçılar İttifaqi da xalqımızın Novruz Bayramını xüsusi qeyd edir. Bütün kino ictimaəti Novruz şənliklərində, Bahar Bayramının qeyd edildiyi tədbirlərdə iştirak edir.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı da Novruz Bayramı münasibətiylə bir sıra kino veteranlarını sevindirib, onlara pul mükafatları, hədiyyələr təqdim edib. Bayram hədiyyəsi kimi təqdim edilən mükafatlat, eyni zamanda dövlətin kino xadimlərinə diqqətinin nəticəsidir.

Bir daha Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı bu əziz bayram münasibəti ilə bütün dünya azərbaycanlılarını, xalqımızın birliyini, bərabərliyini, tarixini əks etdirən Novruz Bayramı münasibəti ilə ürəkdən təbrik edir, onlara can sağlığı, xoşbəxtlik, ailə səadəti arzulayır.

 

Novruz Bayramınız mübarək !!!