00:00 - 5 Mart 2018

Fevralın 28-də Azərbaycan Milli Konservatoriyasında Xalq artisti görkəmli bəstəkar Cahangir Cahangirovun xatirə gecəsi keçirilib.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki, xatirə gecəsində Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Siyavuş Kərimi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti, professor Şəfiqə Mməmmədova Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icra katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev və bir sıra qonaqlar iştirak etmişdir.Xatirə gecəsində iştirak edən qonaqlar məşhur bəstəkar haqqında öz fikilərini söyləmiş, onun Azərbaycan musiqisində yerindən danışıblar.

Daha sonra xalq artistləri Mənsum İbrahimov, Aygün Bayramova, Azər Zeynalov Cahangir Cahangirova məxsus bəstələrdən ifalar etmişdir.Tədbirin davamında Cahangir Cahangirovun həyat və yaradıcıllığından bəhs edən video çarx nümayiş olunmuşdur.

Tədbir Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının, Dövlər Film Fondunun və Azərbaycan Milli Konservatoriyasının təşkilatı dəstəyi ilə həyata keçirilmişdir.