Hindistan kino ulduzu ?ridevi 54 ya??nda v?fat edib

00:00 - 26 Fevral 2018

Hindistan kino ulduzu Şridevi 54 yaşında vəfat edib.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.

Aktrisa Dubayda ürək tutmasından dünyasını dəyişib. Dubaya Şridevi əri Boni Kapur və kiçik qızı ilə birlikdə toya gəlmişdi.

Hindistan prezidenti Ram Nath Kovind aktrisanın vəfatı ilə əlaqədar başsağlığı verib.

Şridevi Hindistan kinosunun ən tanınmış aktrisalarından biridir.

Karyerası ərzində o, 265 filmdə çəkilib. Onların arasında “Kədərli hekayə”, “Hədiyyə”, “Çandni”, “Dələduz”, “Sevginin bir anı” kimi lentlər var.