R.Ə.Əzimovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan teatr və kino sənətinin inkişafında xidmətlərinə görə Rafiq Əşrəf oğlu Əzimov “Şöhrət” ordeni ilə təltif edilsin.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü olan Rafiq Əzimovu 80 illlik yubileyi münasibəti ilə İttifaqın İdarə heyəti də ürəkdən təbrik edir, ona can sağlığı, yaradıcıllıq uğurları arzulayır.