00:00 - 12 Dekabr 2017

Rejissor Şamil Əliyevin “Çölçü” filmi daha bir yüksək mükafata layiq görülüb.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki, Beynəlxalq Cult Filmlər Festivalının “Qızıl Tülkü” mükafatını alan “Çölçü” filmi festivalda çox maraqlı qarşılanmışdır. Festivalda iştirak edən filmin rejissoru Şamil Əliyev orada bir çox tanınmış simalarla, dünya şöhrətli rejissorlarla da görüşmüşdür.