00:00 - 5 Dekabr 2017

Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyası 2018-ci il üçün Dövlət Mükafatlarına əsərlərin qəbulunu elan edir.

 

“Ucnoqta.az” xəbər verir ki, müvafiq sənəd və materiallar Azərbaycan Respublikasının 2010-cu il 8 Fevral tarixli 212 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Mükafatları Komissiyasının Əsasnaməsində göstərilən qaydalara uyğun hazırlanmalı və 2018-ci il Aprelin 1-dək Azərbaycan Respublikası Nazirlər Kabinetində Komissiyaya təqdim edilməlidir.

 Müvafiq sualarla bağlı 012-492-83-29 nömrəli telenobla əlaqə saxlaya bilərlər.