00:00 - 28 Noyabr 2017

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqında  “Zaman və Məkan” adlı qısametrajlı sənədli filmlərin ssenari müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki, mükafatlandırma mərasimini giriş sözü ilə açan, İttifaqın birinci katibi, əməkdar incəsənət xadimi Cəmil Quliyev qalibləri təbrik edib, onalara uğurlar arzulayıb.

 

Daha sonra Qrumun sədri, xalq artisti, professor Şəfiqə məmmədova da çıxış edib.O qalibləri təbrik edərək onlara fəaliyyətlərini bundan sonra da davam etdirmələri üçün bütün köməkliklərə hazır olduğunu bildirib.

 

Tədbirin davamında qaliblər “Şükriyyə taleyim” ssenarisinin müəllifi Cavid Zeynallı, “Bakının su əfsanəsi” ssenarisinin müəllifi Rəşad Şükürov, “Qara Qızıl” ssenarisinin müəllifi kimi çalışan Seyram Əmirov çıxış edərək Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına, onun rəhbərliyinə və münsiflər heyətinə təşəkkürlərini bildirmiş, yaradılan şəffaf şəraitdən çox razı qaldıqlarını qeyd ediblər.Onlar İttifaqın bundan sonra da elan ediləcək kino ssenarilərində iştirak edəcəklərini bildiriblər.

 

Qeyd edək ki, 1-ci yer 1500 manat pul mükafatı (Heç bir ssenari qalib olmayıb), 2-ci yer 1000 manat, 3-cü yer 500 manat pul mükafatı, həvəsləndirici “Ümid” mükafatı isə 500 manatdır.