00:00 - 19 İyun 2017

Dünyada izlənmə rekordları qıran “Rokki” və “Karateçi uşaq” filmlərinin rejissoru Con Avildsen 81 yaşında ölüb.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xarici KİV-ə istinadən xəbər verir ki, mədəaltı vəzi xərçəngindən əziyyət çəkən rejissor Los-Ancelesdə vəfat edib.

Onun ölüm xəbərini “Rokki”nin baş rol ifaçısı, məşhur aktyor Silvestr Stallone sosial mediada paylaşıb:

“Hər şeyimi ona borcluyam. Həvəsi, səbri və cəsarəti ilə həyatımı dəyişdi”.

 

Qeyd edək ki, Avildsen “Rokki” filmi ilə “Ən yaxşı film” və “Ən yaxşı rejissor” nominasiyalarında “Oskar” mükafatı qazanıb.