Rusiyan?n m??hur aktyoru Aleksey Batalov v?fat edib

00:00 - 16 İyun 2017

Rusiyanın məşhur aktyoru Aleksey Batalov vəfat edib.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki, Batalov 88 yaşında Moskva klinikalarından birində dünyasını dəyişib.

 

O, ilin əvvəlində ayağı sınandan sonra xəstəxanada müalicə alırdı və demək olar ki, bayıra buraxılmırdı.

 

Qeyd edək ki, SSRİ xalq artisti Batalova “Durnalar uçur”, “Rumyantsevin işi” və “Moskva göz yaşlarına inanmır” filmləri şöhrət gətirib.