00:00 - 31 May 2017

Xəbər verdiyimiz kimi, mayın 23-dən 29-a kimi Türkiyənin Alanya bölgəsində kino festivalı keçirilib. 

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki, Azərbaycanlı məşhurlara türkiyədə mükafat verilib. Festivalı Alanya Turizm Mərkəzi (ALTİD) və Alanya Turizm Tanıtma Vakfı (ALTAV) təşkil edib. 

 

Açılış mərasimində 5 ölkədən olan aktyor-aktrisalar, rejissorlar, media nümayəndələri iştirak edib. 

Festivalda Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü kinorejissor Şamil Əliyev də iştirak edib.

 Festival çərçivəsində Rusiya, Belarus, Ukrayna, Estoniya, Azərbaycan istehsalı olan filmlər Alanya İskele Şəlalə Meydanında ve Alanya Mahmutlar Kültür Mərkəzində nümayiş olunub. 

Kino günlərinin 3-cü günü Şamil Əliyevin rejissorluq etdiyi “Çölçü” filmini nümayiş olunub