00:00 - 16 May 2017

Azərbaycanın tanınmış kino təşkilatçısı məşhur fotoqraf Rafiq Bağırovun doğum günüdür.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki, uzun illər Azərbaycantelefilmin kino emalı sexinin rəisi işləmiş Rafiq Bağırovun 65 yaşı tamam olur.Rafiq Bağırov eyni zamanda Ümummilli lider Heydər Əliyevin fotoqrafı kimi fəaliyyət göstərmişdir.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü olan Rafiq Bağırovu yubileyi münasibəti ilə İttifaqın İdarə heyəti və üzvləri adından ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, yaradıcıllıq uğurları arzulayırıq.