00:00 - 16 May 2017

İyun ayının əvvəllərində Azərbaycanın görkəmli kinooperatoru əməkdar incəsənət xadimi Arif Nərimanbəyovun xatirə gecəsi keçiriləcək.

 

Xatirə gecəsində sənətkarın çəkdiyi filmlərdən kadrlar nümayiş olunacaq, fotosərgi təşkil olunacaq.

 

Tədbir Mədəniyyət və Turizm Nazirliyinin, Dövlər Film Fondunun və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təşkilatı dəstəyi ilə keçiriləcək.

 

Arif Nərimanbəyov 13 aprel 1917-ci ildə Bakıda anadan olub. ÜDKİ-nin kinooperatorluq fakültəsini bitirib. Müharibədən sonra Bakı kinostudiyasında işləməyə başlayıb. Rejissor kimi bir "Mozalan" kinojurnalı çəkib.16 may 1992-ci ildə vəfat edib.