00:00 - 27 Mart 2017

29 mart saat 17:00-da Azərbaycan Dövlət Film Fondunda kinomuzun böyük siması, kinooperator, kinorejissor, Əməkdar incəsənət xadimi Əlisəttar Atakişiyevin 110 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək. Xatirə gecəsində sənətkarın yaradıcıllığından, onun kinomuza verdiyi ekran işlərindən danışılacaq.Çəkdiyi filmlərdən fraqmentlər nümayiş olunacaq.Həmçinin sənətkarın həyat və yaradıcıllığına həsr olunmuş fotosərgi də təşkil olunacaq.

 

Xatirə gecəsi Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Film Fondu və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının dəstəyi ilə keçiriləcək.