00:00 - 9 Mart 2017

2017-ci ilin Mart ayının 3-də Moskva şəhərində SSRİ  Xalq artisti, SSRİ Dövlət Mükafatı Laureatı, görkəmli Türkmənistan kinorejissoru  Xocaqulu Narlıyevin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

 

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki, yubiley gecəsinə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibi xalq artisti Oqtay Mirqasım da dəvət edilib.Oqtay Mirqasım Xocaqulu Narlıyevi 80 illik yubileyi münasibətiylə təbrik edib və yubilyara Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı adından Qarabağ xalçası hədiyyə edib.