Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı "Yeni Nəfəs-2” ssenari müsabiqəsinin iştirakçıları üçün "Müasir ssenari yaradıcılığının əsasları” mövzusunda seminarların keçirilməsinə başlayıb.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki, seminarları aparmaq üçün Azərbaycanın tanınmış kino xadimləri, xalq artistləri Ramiz Fətəliyev, Oqtay Mirqasım,Əməkdar incəsənət xadimi Natiq Rəsulzadə və Əməkdar mədəniyyət işçisi Yusif Şeyxov dəvət olunublar.
Bu gün İttifaqın akt zalında ilk seminar keçirilib.Seminarı xalq artisti ssenarist Ramiz Fətəliyev keçib. O "Yeni Nəfəs-2” ssenari müsabiqəsinin iştirakçıları üçün təşkil edilən"Müasir ssenari yaradıcılığının əsasları” mövzusunda olan seminarların, gələcəkdə ssenaristlərin, həm aktyor kimi həm də rejissor kimi fəaliyyət göstərən gənclərin həyatında mühüm əhəmiyyət kəsb edəcəyini bildirib.