00:00 - 6 Oktyabr 2016

Oktyabrın 5-də Heydər Əliyev Mərkəzində "Əli və Nino" filminin premyerası olub.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat xidməti xəbər verir ki, yazıçı Qurban Səidin dünyada bestseller olan eyniadlı romanı əsasında çəkilən filmin premyerasında ekran əsərinin yaradıcı heyəti də iştirak edib. Premyera filmdə rol almış məşhur aktyorların qırmızı xalı üzərindən keçidi ilə başlayıb.

Filmin təqdimat mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti, layihənin rəhbəri və icraçı prodüseri Leyla Əliyeva iştirak ediblər.

Film Azərbaycanda oktyabrın 6-dan başlayaraq "CinemaPlus" kinoteatrlar şəbəkəsində nümayiş olunacaq.

Ekran əsəri Azərbaycan və ingilis dillərindədir.