Vaqif Mustafayevin 70 illik yubileyidir

09:24 - 28 Avqust 2023

 

28 avqust Azərbaycan Respublikası Kinematoqraçılar İttifaqının katibi, kinorejissor Vaqif Mustafayevin 70 yaşı tamam olur. Bu münasibətlə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının idarə heyəti və rəhbərliyi sənətkarı səmimi qəlbdən təbrik edir, ona can sağlığı, yaradıcılığında yeni uğurlar arzulayır.

Yaratdığı filmlərlə milli kinematoqrafiyaya yeni nəfəs və fərqli üslub gətirən Xalq artisti Vaqif Mustafayev 1953-cü ildə Bakı şəhə­rində anadan olub. Vaqif Mustafayev yaradıcılığının ilk illərində “Mozalan” kinojurnalı üçün 50-yə yaxın satirik bədii və sənədli süjetlər çəkib. Onun quruluş verdiyi “Bəyin oğurlanması” “Yaramaz”, “Nakəs”, “Fransız”, “Mil­li Bomba”, “Hər şey yaxşılığa doğru”, habelə ssenari müəllifi olduğu “Fəryad” və digər filmləri böyük tamaşaçı rəğbəti qazanıb.

Rejissorun parlaq ya­radıcılıq nümunələri bir sıra beynəlxalq festivallarda mükafatlar qazanıb.

Vaqif Mustafayev Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş 12 sənədli filmin müəllifidir. Bu ekran əsərlərindən üçü “Əsl məhəbbət haqqın­da” , “Bir həsədin tarixi” və “Xüsusi təyinat” film­ləri Moskvada keçirilən Avrasiya Teleforumunun Qran-pri mükafatına layiq görülüb. 2018-ci ildə Xo­calı faciəsinə həsr olun­muş “Dərdimi çəkirəm” sənədli filmini çəkən Vaqif Mustafayev, 2022-ci ildə “Həyat, deyəsən, gözəl­dir” bədii və “Fikrət Əmi­rov” bədii-sənədli film­lərini ərsəyə gətirib. O, “Həyat, deyəsən, gözəl­dir” filminə görə Türkiyədə keçirilən “Korkut Ata” Beynəlxalq Film Festiva­lında “Türk dünyasının ən yaxşı rejis­soru” adına layiq görülüb.