Bu gün Xalq artisti, ustad sənətkar Şahmar Ələkbərovun 80 illik yubileyi ilə əlaqədar olaraq incəsənət xadimləri onun məzarını ziyarət etdi.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev Şahmar Ələkbərovun məzarı önündə çıxış edərək onunla olan xatirələrini danışdı . Daha sonra Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibləri , Xalq artistləri Oqtay Mirqasımov və Vaqif Mustafayev Şahmar Ələkbərov barəsində danışaraq mərhum sənətkarla bağlı ürək sözlərini bölüşdülər.
Xalq artistiləri Əbdül Mahmudov, Həmidə Ömərova, Xalidə Quliyeva, Əməkdar artist Loğman Kərimov Şahmar Ələkbərovla olan birgə fəaliyyətlərini xatırladılar. Çıxış edən Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Murad Hüseynov Şahmar Ələkbərovu Azərbaycan xalqının böyük sənətkarı kimi xatırladı və öz yaradıcılığı ilə Azərbaycan kino tarixində dərin izlər qoymuş sənətkarın kinodakı uğurlu fəaliyyətindən danışdı.
Allah rəhmət eləsin!