Azərbaycanda "Milli Kino" həftəsi keçirilir

11:40 - 3 Avqust 2023

Bu il Azərbaycan kinosunun 125, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının yaradılmasının 100 illiyi qeyd olunur. Bu münasibətlə Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə avqustun 2-dən 9-dək ölkəmizdə fəaliyyət göstərən televiziya kanallarında “Azərbaycan kinosu həftəsi” adı altında klassik filmlərimizin nümayişi təşkil olunacaq.

Kino Günü münasibətilə, həmçinin kinoteatrlarda da Azərbaycan filmlərinin retrospektiv baxışı təşkil ediləcək. Aksiya çərçivəsində milli filmlərimizi izləmək üçün kinoteatrlara giriş sərbəst olacaq.