Kino gününüz mübarək!

12:47 - 1 Avqust 2023

             Əziz həmkarlar!

               

             02 Avqust bütün kino işçiləri üçün olduqca əlamətdar və əziz  bayram günüdür!

            Müstəqil Azərbaycanımızın qurucusu olan Ulu Öndərimiz Heydər Əliyevin 100 illik yubileyinə təsadüf edən Milli Kino günümüzü – öz günümüzü bizə bəxş edən Milli Liderimiz olub. Məhz onun sərəncamı ilə hər il avqustun 2 – də biz kinematoqrafçılar öz peşə bayramımızı təntənə ilə qeyd edirik.

            Bu il həm də hər birimiz üçün olduqca əziz olan doğma kinostudiyamızın 100 illiyini və Milli kinomuzun 125 illiyini qeyd edirik. Bu əlamətdar yubileylər münasibətilə ömrünü kinoya həsr etmiş hər bir kəsi ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulayırıq.

            Son vaxtlar kinonun inkişafı ilə gedən proseslər bizi çox sevindirir və ümid verir, əminik ki, qarşıdakı dövrdə kinomuz daha böyük uğurlara çatacaq.

            Kino günü münasibəti ilə Azərbaycan Respublikası Kinemtoqrafçılar İttifaqının İdarə Heyətinin qərarına əsasən bu ilin yubilyar kino xadimləri:Oktay Mirqasım (80), Vaqif Mustafayev (70), Elçin Axundov (75),Cəmil Quliyev (60),Sabir Vəliyev (85),Əməkdar mədəniyyət işçiləri Nadir Əzməmmədov Vladimir Dudniçenko, Fazil Hadıyev, Tərlan Babayev ,Əməkdar artist Əliqulu Səmədov,rəssam Elyar Səfərov, operatorlar Sabir Vəliyev,Rafiq Əliyev,səs rejissoru Rəmziyyə Çilqamlı xüsusi mükafata layiq görülüblər. Hörmətli veteranlarımızı da il boyu diqqətdə saxlayırıq. 2 Avqustla bağlı İdarə Heyətimizin qərarı ilə 11 nəfər mükafata layiq görülüb.

            Bir daha hər birinizi təbrik edirik. Peşə bayramınız mübarək olsun!