Mədəniyyət Nazirliyi Məmməd Məmmədovun vəfatı ilə bağlı nekroloq yayıb

16:34 - 31 İyul 2023

Mədəniyyət Nazirliyi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədovanın qardaşı rejissor, aktyor Rusiyanın Əməkdar incəsənət xadimi Məmməd Məmmədovun vəfatı ilə əlaqədar nekroloq yayıb.

Nekroloqda deyilir:

“Rusiyanın Əməkdar incəsənət xadimi, rejissor, aktyor Məmməd Məmmədov Moskva şəhərində vəfat edib.

Məmməd Məmmədov "Anın quruluşu", "Bağlı qapı", "Üzeyir ömrü", "Gümüşü furqon", "Asif, Vasif, Ağasif", "Burulğan", "Təxribat" kimi Azərbaycan filmlərinin əksəriyyətində baş rolları ifa edib.

Azərbaycan Mədəniyyət Nazirliyi Xalq artisti Şəfiqə Məmmədova başda olmaqla, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!”